Millimiz hazırlığı davam etdirir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.

Sportline.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq seçməmiz iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama  görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək. 

21 iyul

16:30. Azərbaycan – Macarıstan (FHN)

 

22 iyul

16:30. Azərbaycan – Belarus (FHN)

 

23 iyul

16:30. Azərbaycan – Macarıstan (AVF)

 

25 iyul

10:30. Azərbaycan – Belarus (AVF)