Millimiz final seriyasına qələbə ilə başladı
Qadın voleybolçulardan ibarət milli komandamız bu gün Avropa Liqasında ilk final oyununu keçirib. SportLine.az xəbər verir ki, Faiq Qarayevin komandası Slovakiyanın qonağı olub.
Cari mövsüm qələbələri sıralayan komandamız bu dəfə də favorit hesab olunurdu. Komandamız statusunu meydançada təstiqləməyi bacarıb.
Qeyd edək ki, cavab görüşü iyulun 3-də Bakıda keçiriləcək.
30 iyun 2016
Voleybol, Avropa Liqası
Final mərhələsi (İlk oyun)
Slovakiya - Azərbaycan - 1:3 (19:25; 25:18; 22:25; 20:25)
Hakimlər: Marko Yankoviç (Serbiya), Tibor Yeva (İtaliya)
Nitra, Şəhər Sarayı