Millimiz İrlandiya, Ukrayna və Bolqarıstanla eyni qrupda

 

2018-ci ildə keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. SportLine.az xəbər verir ki, Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Azərbaycan millisi 11-ci qrupda yer alıb. Seçməmiz İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq.

Bu mərhələnin qarşılaşmaları 2017-ci ilin payızında keçiriləcək. Noyabrın 19-dək yekunlaşmalı olan mərhələdə hər qrupda ilk iki yeri tutanlar, həmçinin “üçüncülər” arasında ən yaxşı nəticəyə malik 4 komanda elit-raunda vəsiqə əldə edəcək.

Qeyd edək ki, final mərhələsinin meydan sahibi İngiltərə və yarışa elit-raunddan başlayacaq Almaniya ilə Portuqaliya seçmə mərhələdən azaddı.

Banner