Millimiz Maltanı məğlub etdi

16 yaşadək qızlardan ibarət Azərbaycan seçməsi Maltada təşkil olunan UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. 

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Malta ilə qarşılaşan komandamız Vüsalə Seyfəddinovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Millimiz növbəti oyununu fevralın 9-da Lixtenşteyn komandasına qarşı keçirəcək.