Millimiz məşqlərə başladı

Futzal üzrə milli komanda Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstanla keçirəcəyi oyunlar üçün hazırlıq prosesinə başlayıb.

Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlər Bakı İdman Sarayında keçirilir.

Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.

Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.