Millimiz Qazaxıstana uduzdu
Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan millisi yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, millimiz Qazaxıstanla qarşılaşıb. Aktaudakı "Halyk Arena"da keçirilən görüşdə Azərbaycan 3:5 hesabı ilə uduzub. Millimizin qollarını 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurublar.
Qeyd edək ki, bu yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.