Millimiz Sloveniyada 3 oyun keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. SportLine.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri Sloveniyada təlim-məşq toplanışı keçirəcək.
Mayın 25-də başlayacaq hazırlıq prosesi iyunun 5-dək davam edəcək. Yığmamızın toplanış çərçivəsində 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin komandamızın rəqiblərinin adları dəqiqləşməyib.
Millinin heyəti toplanış ərəfəsində açıqlanacaq. Çünki ölkə kubokunun finalının keçiriləcəyi gün start götürəcək hazırlıqda həlledici matçın iştirakçıları sonradan qatılacaq.
Mənbə: affa.az