Millimiz UEFA turnirini 3-cü pillədə bitirdi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltada təşkil olunan UEFA İnkişaf turnirində çıxışını başa vurub. SportLine.az xəbər verir ki, son oyunda Belarusla qarşılaşan seçməmiz məğlub olub - 1-2.
Beləliklə, komandamız yarışı 3 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, bunadək Lixtenşteyn millisini 8 cavabsız qolla üstələyən Azərbaycan meydan sahiblərinə 0:3 hesabı ilə uduzub.