Millimizin Avropa Liqasındakı oyunlarının təqvimi açıqlandı
Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub. SportLine.az xəbər verir ki, seçməmiz "B" qrupunda mübarizə aparacaq.
I dövrə, Monteneqro
3 iyun
19:00. Azərbaycan – Fransa
22:00. Monteneqro – İspaniya
4 iyun
19:00. Fransa – İspaniya
22:00. Azərbaycan – Monteneqro
5 iyun
19:00. İspaniya – Azərbaycan
22:00. Fransa – Monteneqro
II dövrə, Fransa
10 iyun
17:00. Monteneqro – Azərbaycan
20:00. Fransa – İspaniya
11 iyun
18:00. Azərbaycan – İspaniya
21:00. Monteneqro – Fransa
12 iyun
18:00. İspaniya – Monteneqro
21:00. Azərbaycan - Fransa
Qeyd edək ki, 2 dövrədən ibarət turnirin hər dövrəsi bir ölkədə müvafiq olaraq, Monteneqro və Fransada baş tutacaq. Yarışa iyunun 3-də start veriləcək və 12-də başa çatacaq.