Millimizin ermənilərlə görüşü təxirə salındı

Beynəlxalq Basketbol Federasiyası iyunda keçirilməsi planlaşdırılan turnirləri COVID-19 pandemiyası səbəbindən ləğv edib.

Sportline.az xəbər verir ki, qurumun videokonfransında bu qərar verilib.

Azərbaycan millisinin iştirak edəcəyi kiçik ölkələrin Avropa çempionatı bu qərardan sonra keçirilməcəyək.

Yığma B qrupunda Ermənistan, İrlandiya və Andorra ilə qarşılaşacaqdı.

Ali qurum mayda yarışların yeni vaxtını açıqlayacaq.