Millimizin futbolçusu ilə yollar ayrılır

Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu, millimizin yarımmüdafiəçisi Riçard Almeyda ilə vidalaşmağa hazırlaşır.
 
Sportline.az xəbər verir ki, Abu-Dabi təmsilçisi, millimizin Braziliya əsilli üzvü ilə, iyunun 30-da bitəcək müqaviləni yeniləməyəcək. 31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.
 
Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.
 
Qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.