Millimizin futbolçusu istəyinə çatdı

"Bursaspor" millimizin üzvü Dəniz Yılmaza olan borcunu ödəyib. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Ali Ay bu problemimn həll olunduğunu bildirib: “UEFA lisenziyasının ala bilməməyimizin bütün məsuliyyəti mənimdir. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Dostlarımdan həmin borcu ödəməyəcəyimiz halda, hansı vəziyyətlə üzləşəcəyimizi soruşdum. Cavabında UEFA-dan lisenziya almağın problemə çevriləcəyini dedilər. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, klubda ödəyə biləcəyimiz pul da qalmadı”. Qeyd edək ki, Dəniz Yılmaz klubu FİFA-ya şikayət etməklə hədələdiyi üçün əsas komandadan uzaqlaşdırılıb.