Millimizin futbolçusu karantinə alındı

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu, Almaniyanın "Ertsgebirge" klubunun üzvləri karantinə alınıblar.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna, analiz zamanı, komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

"Ertsgebirge"nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən millimizə dəvət alan Dmitri Nazarov, 2016-cı ildən, "Ertsgebirge"də çıxış edir.