Millimizin futbolçusu Ukrayna klubunda

Millimizin üzvü Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.

Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Ukrayna Premyer Liqası təmsilçisi "Kolos"da davam etdirəcək.

O, tezliklə klubla yeni müqavilə imzalayacaq. Müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, A. Nuriyev ötən mövsüm "Minay"ın formasını geyinib.