Millimizin hücumçusu fərqləndi
Milli komandamızın hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" İtaliyanın "Südtirol" komandası ilə yoxlama matçı keçirib. Sportline.az xəbər verir ki, 3:1 hesabı ilə nəticələnən görüşdə komandasının ikinci qolunu Yılmaz vurub.