Millimizin kapitanı kubok qazandı

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.

Sportline.az xəbər verir ki, “Vaşaş” klubunun formasını geyinən 27 yaşlı voleybolçu, "Nyiregyhaza" ilə final görüşündə iştirak edib.

Oyun "Vaşaş"ın 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesablı qələbəsi ilə nəticələnib.