Millimizin kapitanı yeni klubda

İndoneziyanın "Cakarta" klubu voleybol üzrə millimizin kapitanı Odina Bayramovanı heyətinə qatıb.

Sportline.az xəbər verir ki, təcrübəli voleybolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Qeyd edək ki, onu İndoneziyaya, klubun yeni baş məşqçisi Ziya Rəcəbov aparıb.

Bayramovanın son komandası İtaliya Seriya A1 təmsilçisi "II Bisonte Firense" olub.