Millimizin məşqçiləri oyunları izlədi

Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç 21 yaşadək futbolçulardan ibarət yığmamızın Türkiyənin Antalya şəhərində Germania Egestorf komandası ilə keçirdiyi oyunu izləyiblər.

SportLine.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, hər iki məşqçi U-21 yığmamızın keçirdiyi digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klublarımızın bir neçə oyununa baxıblar.

Banner