Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin qətimkan tədbiri dəyişdirilib.

Sportline.az xəbər verir ki, barədə "Report"a 30 yaşlı oyunçunun vəkili Zaur Niftəliyev məlumat verib. O bildirib ki, Həmzəyevin ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə əvəz edilib.

Niftəliyevin sözlərinə görə, şahidlərin sayı çox olduğu üçün basketbolçu ilə bağlı istintaq yekunlaşmayıb.

Qeyd edək ki, Amil Həmzəyev barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. İstintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edib. Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilsə də, bu il aprelin 1-də onun qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.