Millimizin oyunlarına azarkeş buraxılmayacaq

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə milli komandaların 2020-ci ilin sonunadək keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, UEFA bununla bağlı bu gün quruma üzv olan 55 milli assosiasiyanı məlumatlandıracaq.

Yerli federasiyalara builki oyunlarda izdihamın olmaması üçün müvafiq tapşırıq veriləcək.

Bu, Azərbaycan yığmasının da iştirak edəcəyi Millətlər Liqasının sentyabrda startı nəzərdə tutulan yeni mövsümünə, həmçinin AVRO-2020-nin oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan pley-off oyunlarına şamil olunacaq.

Qeyd edək ki, bu mövsüm Millətlər Liqasının C liqasında mübarizə aparmalı olan Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə birlikdə I qrupda yer alıb.