Millimizin rəqibləri qalibi müəyyənləşdirə bilmədilər

Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi futbol turniri davam edir.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı "C" qrupunda daha bir görüş keçirilib. Qazaxıstan və Slovakiya komandalarının duelində qalib müəyyənləşməyib - 0:0.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Litvaya 1:2 hesabı ilə uduzub. Təbriz Həsənovun komandası növbəti oyununu yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək.