Millimizin sabiq baş məşqçisi Çexya klubunu çalışdıracaq
Azərbaycan futzal millisinin sabiq baş məşqçisi Joze Alesio Da Silvanın yeni iş yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, braziliyalı mütəxəssis Çexiyanın “Xrudim” klubunu çalışdıracaq.
Qeyd edək ki, Joze Alesio da Silva 2009–2014-cü və 2017-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. 54 yaşlı məşqçi paralel olaraq yığmanın baza klubu sayılan “Araz-Naxçıvan”ı da çalışdırıb.