Millimizin sabiq baş məşqçisi koronavirusun qurbanı oldu

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Aliomarov koronavirusdan dünyasını dəyişib. 

Sportline.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib. 

"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi".