Millimizin sabiq üzvü Moskvada döyüldü
21 yaşadək futbolçulardan ibarət millimizin və "Qəbələ" klubunun sabiq üzvü Alen Askerov xoşagəlməz hadisə ilə üzləşib.
Sportline.az REN TV-yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiyanın paytaxtı Moskvada döyülüb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub.
Polisə ifadə verməkdən imtina edən Askerov hücuma "Rijskaya" metro stansiyası yaxınlığında məruz qaldığını bildirib.