Millimizin sabiq üzvü qəzaya uğradı
"Manisspor" klubunun yarımmüdafiəçisi Uğur Pamuk qəzaya uğrayıb. Sportline.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlarda onun iki gün əvvəl şəxsi avtomobilində qəza keçirdiyi bildirilir. Həkimlər milliimizin sabiq üzvünün çiynində sınıq aşkarlayıblar. Uğur bir neçə həftə yaşıl meydandan kənarda qalacaq.