Millimizin üzvü Albaniya Super Kubokunun qalibi olub
Albaniyada Super Kubokun sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Eqnatia" ilə "Kukesi"nin qarşılaşması birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Eqnatia"da çıxış edən Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev bu oyunun iştirakçısı olmayıb. 23 yaşlı mərkəz müdafiəçisi sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, "Eqnatia" 2023/2024 mövsümündə həm Albaniya çempionu olub, həm də ölkə kubokunu qazanıb.