Millimizin üzvü Almaniya mətbuatında

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun forma geyindiyi “Ersgebirge”nin oyun üslubu haqda, Almaniya mətbuatında məqalə dərc olunub.

Sportline.az xəbər verir ki, yazıda baş məşçqi Dirk Şusterin sürətli mübarizəyə üstünlük verdiyi qeyd edilib.

Bildirilib ki, almaniyalı mütəxəssis hücumda Florian Kryugerlə Tom Baumqarta güvənir. Hər iki oyunçu da texnikalı və sürətlidir. Onları topla təmin edən əsas futbolçu isə yarımmüdafiəçi Yan Xoxşaydtdır. Məhz onun iti çıxışları komandanı irəli aparır.

Yazıda millimizin üzvü Dmitri Nazarova da yer verilib. Həmkarlarımız baş məşqçinin 30 yaşlı oyunçudan sərbəst oynamağı tələb etdiyini qeyd ediib. Nazarovun meydanda yaradıcı və əla zərbələrinin olduğu da vurğulanıb.