Millimizin üzvü Avrokuboklarda oynamaq istəyir
Milli komandamızın hücumçusu Dəniz Yılmaz Avrokuboklara can atır. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Bursaspor"da yalnız qol vurmaqla kifayətlənmək niyyətində deyil:"Mən komandanın oyunçusuyam. Qol vurmasam da, mübarizə aparıram. Mənim üçün önəmli olan da fərqlənməyim yox, komandamın uğurlu çıxışıdır. İnsanlar məndən qol gözləyir. Bununla bağlı xüsusi çalışıram. Ötən mövsümün ikinci yarısındakı kimi oynayacam. Hansı mövqedə oynamağımın fərqi yoxdur. Hər mövqedə ən yaxşını etməyə çalışacam. Azarkeşlərimizi çox sevirəm. Özümü evimdəymiş kimi hiss edirəm. Onların bizi dəstəkləmələri önəmlidir. İnşallah, birgə yaxşı günlər keçirəcəyik".
D.Yılmaz "Trabzonspor"la qarşıdakı oyunla bağlı da fikirlərini bildirib: "Hər matç bizim üçün önəmlidir. Öz meydanımızda rəqibin 3 xal qazanmağına imkan vermərik. Bu mövsüm üçün hədəfimiz çempionatı ilk 5-likdə başa vurmaqdır. Çempionlar Liqasına, Avropa Liqasına getmək istəyirəm. Buna görə çox çalışmalyıq".