Millimizin üzvü Braziliya çempionatında

Milli komandamızın və "Araz" klubunun futzalçısı Karvalyo dos Santos Vilela karyerasını Braziliyada davam etdirəcək.

Sportline.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, "Copagril” komandasının şərəfini qoruyacaq. 

Anlaşmanın müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Karvalyo mövsümün ilk yarısını "Araz"da keçirib.  O, Yüksək Liqada 12 oyuna 7, UEFA Kubokunda isə 3 görüşdə 2 qol vurub.