Millimizin üzvü fərqləndi, komandası qalib gəldi
Almaniya III Bundesliqasında çıxış edən "Duysburq" növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, 5-ci tur çərçivəsində "Duysburq" "Maqdeburq"la qarşılaşıb.
Millimizin üzvü Tuğrul Erat start heyətində meydana daxil olub və 70 dəqiqə oynayıb. 40-cı dəqiqədə rəqib qapısına yol tapan Erat komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub.
Qeyd edək ki, "Duysburq" hazırda 11 xalla turnir cədvəlinə liderlik edir.