Millimizin üzvü İspaniya klubundan ayrıldı
Futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela İspaniya "Palma"sından ayrılıb.
Sportline.az xəbər verir ki, o, karyerasını Rusiyada davam etdirəcək.
İspaniya klubu yaydığı məlumatda Vilelanın "Tümen" üçün tibbi müayinədən keçəcəyini bildirib: "Palma" tərəfindən Vilelanın "Tümen"də tibbi müayinədən keçməsi üçün Rusiyaya yollanmasına icazə verilib. Müqavilənin xitam şərtləri ödəniləcək. O artıq Rusiyaya yollanıb".