Millimizin üzvü kef məclisində

Boks üzrə milli komandamızın üzvlərindən Lorenso Sotomayorun gecə həyatı, yeyib-içmək, əyləncə məclislərinin daimi sakinlərindən olduğunu çoxdan bilirsiniz.

Sportline.az xəbər verir ki, kubalı legionerimizə bu dəfə yığmamızda çıxış edən həmyerlisi Alfonso Dominges də qoşulub. İdmançılar evdə təşkil etdikləri içki məclisində şampan partladıb, rəqs edərək əyləniblər.