Millimizin üzvü klubsuz qaldı

"Minay”dan ayrılan millimizin üzvü Anatoli Nuriyev klubu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, Feysbuk səhifəsində paylaşım edən 25 yaşlı yarımmüdafiəçi Ukrayna təmsilçisinə təşəkkürünü bildirib.

"Mükəmməl və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. "Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi. "Minay" 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib.