Millimizin üzvü koronavirus testindən keçdi

Almaniyanın "Ertsgebirge" klubunun üzvlərindən koronavirusla bağlı təkrar analiz götürülüb. 
 
Sportline.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bütün testlərin nəticələri mənfi olub. Testdən keçirilənlər arasında millimizin futbolçusu Dmitri Nazarov da var.
 
Qeyd edək ki, "Ertsgebirge" mayın 16-da doğma meydanda "Zandhauzen"i qəbul edəcək. Oyun azarkeşsiz keçiriləcək.