Millimizin üzvü Niderland kubokunda məğlub oldu

Niderland kubokunda 1/4 final oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb.

Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ozancan meydan start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

Niderland kubokunda 1/4 final bir oyundan ibarətdir. Buna görə də “Volendam” kubokla vidalaşıb.