Millimizin üzvü qələbədə pay sahibi oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqanın XXVI turunda "Sandhauzen"i qəbul edib.

Sportline.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı Nazarov açıb. 30 yaşlı yarımmüdafiəçi 5-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını önə keçirib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Ertsgebirge" 5-ci pilləyə yüksəlib.