Millimizin üzvü Səudiyyə Ərəbistanı klubunda

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Rəsul İbrahimov, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu "Əl-Salam” klubuna transfer olunub. O, yeni klubu ilə 2019/20 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan millisinin digər üzvü Andrey Vasilenko da bu klubda çıxış edir.