Millimizin üzvünün komandası qalib gəldi

Çexiyanın “Viktoriya” klubu yoxlama oyunu keçirib.
 
Sportline.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi səfərdə “Yablonets”lə qarşılaşıb.
 
Komandalar gün ərzində fərqli heyətlərlə iki dəfə üz-üzə gəlib. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək oynayıb. "Viktoriya" görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
 
Fəridin iştirak etmədiyi digər qarşılaşmada da isə “Yablonets” eyni hesabla qalib gəlib.