Millinin baş məşqçisi karantinə alındı

İsrail milli komandasının baş məşqçisi Andreas Herstoq koronavirus epidemiyasına görə karantinə alınıb.

Sportline.az xəbər verir ki, Millətlər Liqasının Niderlandda keçirilən püşkatma mərasiminə qatılan mütəxəssis, İsrail Səhiyyə Nazirliyinin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 14 gün karantində saxlanılacaq.

Qeyd edək ki, İsraildə 15 nəfər koronavirusa yoluxub.