Millinin dünya reytinqində mövqeyi

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.

Sportline.az xəbər verir ki, Alesio Da Silvanın kollektivi ötən ilin dekabrında açıqlanan reytinqdə olduğu kimi, bu dəfə də 14-cü pillədə qərarlaşıb.

Millinin aktivində 1384 xal var.

Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncü sıradadır.