Millinin düşərgəsində sürpriz
İngiltərə millisi Avro-2020 qrup mərhələsinin üçüncü turunda Çexiyaya qalib gəldikləri matçdan (1:0) 1 gün sonra sürprizlə qarşılaşıb.
Sportline.az "The Telegraph"a istinadən xəbər verir ki, məşhur müğənni Ed Şeeran komandanın düşərgəsinə gəlib. O, bazada oyunçular üçün akustik konsert verib.
Oyunçular müğənninin ifasından zövq alıblar.
Qeyd edək ki, İngiltərə millisi turnirin 1/8 finalına vəsiqə qazanıb. Yığma bu mərhələdə iyunun 29-u Bakı vaxtı ilə 20:00-da Almaniya ilə qarşılaşacaq.