Millinin heyəti açıqlandı: Dörd futbolçu İspaniyadan gəlir

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milliyə 21 oyunçu cəlb olunub.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Azərbaycan millisi B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq. Komanda fevralın 19-da Rusiya, 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

1    Nurəziz Əzizov           Neftçi
2    Bilal Hacıyev               Qarabağ
3    Uğur Qurbanlı             Qarabağ
4    Rəşad Gülüşov           Sabah
5    Atacan Məmmədov     Marcet (İspaniya)
6    Səttar Tahirzadə         Marcet (İspaniya)
7    Muhamməd Çodarov  Marcet (İspaniya)
8    İsmayıl Səfərli             Neftçi
9    Amin Rzayev               Qarabağ
10    Sahib Xəlilli                Neftçi
11    Eldar Abbasov           Qarabağ
12    Raul İsaqov               Kəpəz
13    Nihad Hüseynzadə    Sabah
14    Musa Mustafayev      Zirə
15    İbrahim Xəlilov           Sabah
16    Samir Şərifov             Sabah
17    Pünhan Kərimov        Marcet (İspaniya)
18    Emin Süleymanov      Neftçi
19    Əli Bəşirov                 Qarabağ
20    Kamal Zülfiyev           Sumqayıt
21    Nicat Kərimov            Sabah