Millinin heyətində dəyişiklik olub
DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportline.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Bakıdakı oyunda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.
Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.
Qeyd edək ki, oktyabrın 11-də Astanada keçiriləcək Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.