Millinin oyununa biletlər ucuzlaşdı
2018-ci il dünya çempionatının təsnifat mərhələsinin Almaniya-Azərbaycan matçı üçün biletlərin qiyməti endirilib. Sportline.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanların qiyməti 18 avroya, 80 avroluq biletlər isə 60 avroya enib. Həmçinin, Azərbaycanla görüşə 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala bilərlər. Qeyd edək ki, oktyabrın 8-də Kayzerslautern şəhərində “Fritz-Walter” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.