Millinin qapıçısı "Neftçi" ilə razılığa gəlib
"Neftçi" "İnter"in qapıçısı Səlahət Ağayevlə də razılığa gəlib. Sportline.az rekord.az-a istinadən xəbər verir ki, millinin qapıçısı "ağ qaralar"a keçməyə razılıq verib. Şübhəsiz ki, burada maddi faktor önəmli rol oynayıb. Deyilənə görə, Ağayev "İnter"də aylıq 5 min manat maaş alırdı. "Neftçi" isə ona ikiqat artıq maaş təklif edib və qapıçı da dərhal razılaşıb. Lakin transferin rəsmləşməsi üçün "İnter" rəhbərliyinin də razılığı lazımdır. Çünki Səlahətin "bankirlər"lə mövsümün sonuna kimi müqaviləsi var.