Millinin sabiq üzvünə atəş açılıb

“Yuventus” və Serbiya millisinin keçmiş hücumçusu Darko Kovaçeviçə silahlı basqın olub.

Sportline.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada qeydə alınmış hadisə zamanı sabiq forvarda evinin yaxınlığında - avtomobilində olarkən atəş açılıb.

Ayağından yaralanan Kovaçeviç dərhal xəstəxanaya çatdırılıb. Cinayəti törədən(lər) isə onun avtomobilini yandırıb.

Kovaçeviç Turin klubu ilə yanaşı, “Latsio”, “Real Sosyedad” və "Olimpiakos" kimi klublarda da çıxış edib.

qafqazinfo.az