Millinin üzvü yeni klubla anlaşıb
Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun yeni klubla anlaşdığı bildirilir. Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü karyerasını yenə İspaniyada davam etdirəcək. Belə ki, "Kadis”dən ayrılan Eddinin Sequnda təmsilçisi “Ximnastik”lə anlaşdığı bildirilir. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb. Xatırladaq ki, əvvəllər “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” klublarında çıxış edən Eddi İsrafilov "Kadis”ə ötən yay transfer olunmuşdu.