Millinin üzvü ağır zədə alıb
"Bornmut"un və Türkiyə millisinin hücumçusu Enes Unal ağır zədələnib.
Sportline.az xəbər verir ki, məşq zamanı onun sağ ayağının ön xaçvari bağları qırılıb.
Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.
Yaxın günlərdə Unalın cərrahiyə əməliyatı olunacağı bildirilir.
Qeyd edək ki, türkiyəli futbolçu 2024-cü ilin iyulundan "Bornmut"un formasını geyinir.