Millinin üzvü Portuqaliya klubundan ayrıldı

Milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov "Boavişta" ilə yollarını ayırıb. Sportline.az xəbər verir ki,  klubun rəsmi facebook səhifəsində tərəflərin qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduğu bildirilib. Xatırladaq ki, 25 yaşlı futbolçu  2016-cı ildən “Boavişta”nın şərəfini qoruyurdu.