Millinin yeni baş məqçisi ilə müqavilənin müddəti bilindi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligillə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub.

Sportline.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib: “Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç aylıq olacaq. Yaydan sonra növbəti sözləşmə ilə bağlı müzakirə aparacağıq”.

42 yaşlı məşqçi hazırda milli üzvlərinin klublarında olduqlarını və üç aylıq müddətin ilkin hədəflər üçün kifayət edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ataman Güneyligilə həmyerlisi Gençer Yarkın kömək edəcək.